
"Eşref Rüya" sevdiyim filmdir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasında komandasının çempionluq münasibəti ilə keçirilən mükafatlandırma mərasimində jurnalistlərə açıqlamasında deyib.
25 yaşlı müdafiəçi səhnəyə çıxdığı mahnını məhz bu filmdən götürdüyünü bildirib: "Bu, izlədiyim Türkiyə istehsalı olan filmdir. İstədim ki, səhnəyə onun mahnısı ilə çıxım".
Cəfərquliyev başı üzərində taxdığı xüsusi kameranın səbəbini açıqlayıb: "Kamera stadionda olanları və futbolçuları çəkmək üçündür. Bu çəkilişin xüsusi videosu olacaq