
"Atletiko"nun prezidenti Enrike Serezo komandanın futbolçusu Xulian Alvaresdən danışıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. O, argentinalı hücumçunun gələcəyi ilə bağlı deyib:
"Xulian Alvares Madrid "Atletiko"sunun oyunçusudur və o, burada xoşbəxtdir. O, bizim oyunçudur və belə də qalacaq. Alvares "Atletiko"da yetişib və "Atletiko"da da öləcək".
Qeyd edək ki, daha öncə mətbuatda Xulian Alvaresin "Barselona" keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı. 25 yaşlı futbolçunun "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.