
Futbol üzrə Azərbaycan II Liqasına yekun vurulub.
Sportnet.az xəbər verir ki, XXVI turda səfərdə "Dinamo" ilə qolsuz heç-heçə edən "Şahdağ Qusar" komandası çempion adını qazanıb.
Elnur Abdullayevin baş məşqçi olduğu kollektiv xalını 72-yə çatdıraraq, yarışın qalibi olub.
Səfərdə "Qusar"a 9:0 hesabı ilə qalib gələn "Şəfa" komandası 71 xalla ikinci yeri tutub.
58 xala malik "Şimal" isə üçüncü yerlə kifayətlənib.
Hər üç komanda gələn mövsüm Azərbaycan I Liqasına vəsiqə qazanıb.
Dördüncü yeri tutan "Hypers Quba" isə I Liqanın 9-cusu "Difai" ilə keçid pley-off matçında üz-üzə gələcək.
Qeyd edək ki, mükafatlandırma mərasimi mayın 22-də keçiriləcək.