
"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik".
Sportnet.az xəbər verir ki, bunu "Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmaları ilə bağlı milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
"Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm II Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik", - söyləyən türkiyəli mütəxəssis bundan ötrü heyətlərini gücləndirmələrinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, "Xankəndi" finalda "Şirvan" komandasını 3:0 hesab ilə məğlub edib.