
Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında bu gün II turun ilk 8 qarşılaşması oynanılıb.
Sportnet.az xəbər verir ki, turun açılış matçı A qrupunda Mavritaniya və Bəhreyn arasında olub. Mavritaniya 2:0 hesabı ilə qalib gəlib.
Qrupun digər matçında Azərbaycan yığması Sloveniyanın qapısından 4 top keçirib. Bununla da Azərbaycan və Mavritaniya hərəyə 4 xalla qrupda ilk 2 pillədə qərarlaşıb.
Bundan əvvəl isə azarkeşlər C qrupunun Türkiyə - Ukrayna görüşünü izləyiblər. "Ay-ulduzlular 3:1 hesablı qələbə ilə xallarını 4-ə çatdırıb.
Günün sensasiyası isə Çad yığmasının son dünya çempionu Rumıniyaya qalib gəlməsi olub.
Dünya çempionatı
II tur
23 may
A qrupu
12:45. Mavritaniya - Bəhreyn - 2:0
20:45. Sloveniya - Azərbaycan - 0:4
Xal durumu: Azərbaycan - 4, Mavritaniya - 4, Bəhreyn - 1, Sloveniya - 1
B qrupu
14:00. Fransa - Özbəkistan - 3:3
16:30. Çad - Rumıniya - 4:2
Xal durumu: Fransa - 4, Çad - 3, Rumıniya - 3, Özbəkistan - 1
C qrupu
15:15. İngiltərə - Macarıstan - 1:1
19:30. Ukrayna - Türkiyə - 1:3
Xal durumu: İngiltərə - 4, Türkiyə - 4, Macarıstan - 2, Ukrayna - 0
D qrupu
18:15. Bolqarıstan - Hindistan - 5:0
22:00. Portuqaliya - Slovakiya - 2:1
Xal durumu: Portuqaliya - 6, Slovakiya - 3, Bolqarıstan - 3, Hindistan - 0.
Qeyd edək ki, turun qalan 8 oyunu mayın 24-də keçiriləcək.
--------------------------
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının daha bir matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan görüş yığmamızın 4:0 hesablı qələbəsilə başa çatıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektivdə qolları 10-cu dəqiqədə Elvin Əlizadə, 11-ci dəqiqədə Mirmehdi Rzayev, 24-cü dəqiqədə Xətai Bağırov və 40-cı dəqiqədə Kamran Abdullazadə vurub.
Qeyd edək ki, Azərbaycan yığması ilk görüşdə Bəhreylə heç-heçə edib - 1:1. Beləliklə, Elşad Quliyevin baş məşqçi olduğu komanda xallarını 4-ə çatdıraraq, qrup lideri olub. Günün digər matçında Bəhreynə 2:0 hesabı ilə qalib gələn Mavritaniya da eyni xalla 2-ci yerdə gedir. Bəhreyn və Sloveniya isə hərəyə 1 xalla 3-4-cü yerlərdə qərarlaşıb.