
Bakıda start götürən minifutbol üzrə dünya çempionatında ilk tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə daha 8 görüş keçirilib.
F qrupunda yer alan ilk dünya çempionu ABŞ millisi gözlənilmədən Bosniya və Herseqovina yığmasına uduzub.
Əvəzində daha bir dünya çempionu - G qrupundakı Çexiya Argentinanı yenməyi bacarıb.
İlk oyun günü ilə müqayisədə, qarşılaşmaların heç birində heç-heçə qeydə alınmayıb.
Dünya çempionatı
I tur
22 may
E qrupu
14:00. İndoneziya - Kosta Rika - 1:0
15:15. Monteneqro - Tailand - 1:1
F qrupu
18:15. Qazaxıstan - Polşa - 1:2
19:30. ABŞ - Bosniya və Herseqovina - 2:4
G qrupu
16:30. Çexiya - Argentina - 2:1
20:45. Gürcüstan - BƏƏ - 2:0
H qrupu
12:45. Qana - İspaniya - 0:3
22:00. Serbiya - İsrail - 3:0