
İtaliya A Seriyasında çempion son turda müəyyənləşib.
Sportnet.az xəbər verir ki, “Napoli” XXXVIII turda öz meydanında “Kalyari”ni 2:0 hesabı ilə məğlub edərək, ölkə birinciliyinin qalibi olub.
Neapol təmsilçilərinin heyətində yarımmüdafiəçi Skott Maktominey 42-ci və hücumçu Romelu Lukaku 51-ci dəqiqədə fərqlənib.
Son tura qədər qızıl medallar uğrunda mübarizəni davam etdirən “İnter” səfərdə “Komo”nu eyni hesabla məğlub edib. Yekunda “Napoli” 82 xalla birinci, “İnter” 81 xalla ikinci yeri tutub.
Beləliklə, Antonio Kontenin komandası son 3 mövsümdə ikinci dəfə A Seriyasının qalibi olub. Neapol klubu tarixi ərzində 4 dəfə (1986/1987, 1989/1990, 2022/2023 və 2024/2025) ölkə çempionu adını qazanıb. İtaliya çempionatının ən titullu klubu 36 dəfə ölkə çempionu olan “Yuventus”dur.