
Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında III turun növbəti matçı keçirilib.
Sportnet.az xəbər verir ki, günün altıncı oyununda A qrupunda Azərbaycan və Mavritaniya yığmaları üz-üzə gəlib.
Qarşılaşma baş məşqçi Elşad Quliyevin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə Verzeq Betah avtoqolla açıb. 50+2-ci dəqiqədə isə Ramiz Çovdarov penaltini dəqiq yerinə yetirib.
Bununla da Azərbaycan millisi xal hesabını 7-yə çatdıraraq qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Mavritaniya isə turniri 4 xalla başa vurub.