
“Bakıdakı dünya çempionatına tarixdə olan ən yaxşı minifutbol turniri deyə bilərəm".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik deyib.
Onun sözlərinə görə, təşkilatçılar çox böyük iş görüblər: "Arena, hər şey möhtəşəmdir. İnanıram ki, bu dünya çempionatı bizim minifutbolu daha da yüksəklərə çatdıracaq. Bu, gələcək üçün böyük uğurlara yol açacaq. Şadam ki, Slovakiyadanam.
Slovakiyada Azərbaycan yığması Avropa çempionluğunu qazandı. 1/4 finalda onlar Slovakiyanı məğlub etdilər. Şadam ki, 2022-ci il Avropa çempionatı bu dünya çempionatının Bakıda keçirilməsi üçün böyük qapı oldu”.
Federasiya rəsmisi Slovakiyanın qrupdan çıxa bilməməsini belə əsaslandırıb: “Bu, idmandır. Nə isə etmək olmaz. Bəzən məğlub, bəzən də qalib olursan. Azərbaycan da bu gün məğlub ola bilərdi. Bu gün Rumınıya kimi son dünya çempionu məğlub olsa, qrupda qala bilər”.
O, Slovakiya yığmasında ciddi dəyişiklik olacağını qeyd edib: “Bəllidir ki, bəzi şeylər düz getmir. Biz onları dəyişdirməliyik. Çalışırıq ki, Slovakiyada ən yaxşı oyunçuları seçək. Ən yaxşı idmançılar bizdə olub. Buna baxmayaraq, biz qrupdan çıxa bilmədik. Deməli, nə isə düz getmir. Bu halda mütləq dəyişiklik olmalıdır”.