
Futbol üzrə İspaniya La Liqasında 2024/2025 mövsümünün oyunçusu adına namizədlər açıqlanıb.
Sportnet.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, mükafata doqquz futbolçu iddia edir.
Namizədlər arasında “Barselona"dan Robert Levandovski, Lamin Yamal, Rafinya və Pedri, “Real Madrid”dən Kilian Mbappe, Vinisius Junior və Federiko Valverde, “Betis”dən İsko və “Atletik Bilbao”dan Oyan Sanset var.
Son mövsümün ən yaxşı məşqçisi mükafatı uğrunda isə yeddi mütəxəssis mübarizə aparır: Hans-Diter Flik ("Barselona"), Ernesto Valverde ("Atletik Bilbao"), Miçel Sançes ("Jirona"), Dieqo Simeone ("Atletiko Madrid"), Xose Bordalas ("Xetafe"), Manuel Pelleqrini ("Betis") və Manolo Qonsales ("Espanyol").
Qeyd edək ki, La Liqada mövsümü 88 xalla “Barselona” çempion bitirib. Yarışın bombardiri 31 qolla Kilian Mbappe olub.