AFFA İntizam Komitəsi II Liqada XXVI turunda "Araz-Saatlı" - "Hypers Guba" oyununda baş verənlərlə bağlı qərar verib.

 

Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Saatlı təmsilçisi futbolçusu Rəsul İbrahimovun matçın 68-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 300 manat cərimələnib.

 

Quba komandası isə Ağabəkir Həşimlinin eyni hadisədə qırmızı vərəqə aldıqdan sonra rəqibini vurduğu üçün 300 manat cəzalanıb.

 

Rəsul İbrahimov 4 oyun, Ağabəkir Həşimli isə pley-off mərhələsi daxil olmaqla 5 oyunluq cəzalanıb.

İntizam Komitəsi "Hypers Guba"ya stadionun əmlakına dəymiş zərərin ödənilməsi öhdəliyi də qoyub.