
UEFA Konfrans Liqasında final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Polşanın Vrotslav şəhərindəki "Meyski" stadionunda İspaniyanın "Betis" və İngiltərənin "Çelsi" komandaları üz-üzə gəlib.
Bosniya və herseqovinalı İrfan Peltonun idarə etdiyi görüş "Çelsi"nin qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 9-cu dəqiqədə "Betis"in mərakeşli hücumçusu Abde Ezzalzuli, 9 açıb.
"Zadəganlar" ikinci hissədə geridönüş etməyi bacarıblar. Entso Fernandes 65-ci, Nikolas Cekson 70-ci, Ceydon Sanço isə 83-cü, Moyses Kaysedo 90+1-ci dəqiqədə fərqlənib.
Bununla da "Çelsi" tarixində ilk dəfə Konfrans Liqasına sahib çıxıb.
İndiyədək London təmsilçisi 2012, 2021-ci illərdə Çempionlar Liqasını, 2013, 2019-cu illərdə Avropa Liqasını, 1971, 1998-ci illərdə Kuboklar Kubokunu, 1998, 2021-ci illərdə UEFA Super Kubokunu qazanıb.
Beləliklə, "zadəganlar"ın UEFA miqyaslı yarışlarda əldə edə bilmədiyi titul qalmayıb.
---------------------------------
UEFA Konfrans Liqasının final oyunu bu gün keçiriləcək.
Sportnet.az xəbər verir ki, həlledici oyunda İngiltərə təmsilçisi “Çelsi” İspaniyanın “Betis” klubu ilə qarşılaşacaq.
London klubu favorit sayılsa da, ispanların asanlıqla təslim olmayacağı gözlənilir.
Yarımfinalda “Betis” İtaliya “Fiorentina”sını, “Çelsi” İsveç “Yurqorden”ini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, final qarşılaşması Polşanın Vroslav şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Konfrans Liqası
FİNAL
28 may
23:00. "Betis" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:4
Qollar: Abde Ezzalzuli, 9 - Entso Fernandes, 65. Nikolas Cekson, 70. Ceydon Sanço, 83. Moyses Kaysedo, 90+1
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Vrotslav (Polşa), "Meyski" stadionu