
Türkiyənin "Qalatasaray" klubu Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Sportnet.az xəbər verir ki, İstanbul nəhəngi bununla bağlı sosial şəbəkə hesablarında videoçarx yayımlayıb.
Videoçarxda ulduz futbolçular Barış Alper Yılmaz, Yunus Akgün, Eren Elmalı və Abdulkerim Bardakçı Azərbaycana sevgi dolu təbriklər göndəriblər.