
2025/2026 mövsümündə Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək bütün klubların adlarına aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, bu, ölkə kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final matçından sonra müəyyənləşib.
Ağdam təmsilçisini əlavə vaxtda 3:2 hesabı ilə yenən "Sabah" tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanıb və UEFA Avropa Liqasına vəsiqə əldə edib.
Premyer Liqada ikinci yeri tutmuş "Zirə" komandası Azərbaycanı Konfrans Liqasında təmsil edəcəyi məlum olub.
Çempionatı 4-cü pillədə başa vurmuş "Turan Tovuz" isə avrokubok şansını itirib.
Konfrans Liqasına daha bir vəsiqəni isə Premyer Liqada 3-cü yeri tutmuş "Araz-Naxçıvan" tarixində ilk dəfə əldə edib.
Qeyd edək ki, "Qarabağ" Çermpionlar Liqasında mübarizə aparacaq.