
Fransanın Bordo şəhərində 14 yaşlı futbolçu turnirdə aldığı ağır zədə üzündən həyatını itirib.
Sportnet.az RMC Sport-a istinadən xəbər verir ki, yeniyetmə iyunun 1-də keçirilmiş oyun zamanı rəqiblə toqquşma nəticəsində huşunu itirib.
Komaya düşən oyunçu təcili universitet hospitalına yerləşdirilib. İlann adlı müdafiəçi sinəsindəki ağrılardan şikayətlənib.
Həkimlər onun həyatını xilas etməyə çalışıblar. Onlar qara ciyərin daxili qanaxmasının qarşısını almaq üçün bir neçə əməliyyat ediblər. Lakin futbolçunu ölümdən xilas etmək mümkün olmayıb.
Klub akademiyanın bütün məşqlərini təxirə salıb və İlannın komanda yoldaşlarına psixoloji dəstək olmağa çalışıb.