
İtaliya “Napoli"sinin futbolçusu Viktor Osimhen Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Sportnet.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş “Twitter”) insayder Nikolo Skira məlumat verib.
Mənbənin məlumatına görə, nigeriyalı hücumçu Səudiyyə təmsilçisi ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayacaq.
26 yaşlı oyunçunun “Əl-Hilal”da maaşı illik 35 milyon avro olacaq.
Qeyd edək ki, Viktor Osimhen ötən mövsümü icarə əsasında Türkiyənin “Qalatasaray" komandasında keçirib. O, bütün turnirlərdə iştirak etdiyi 41 matçda 37 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Osimhenin “Napoli” ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.