
"Qarabağ" klubu futbolçusu Yassin Benzia ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub Əlcəzair millisinin yarımmüdafiəçisinə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Yassin Benzia ilə başa çatan müqaviləsinin uzadılması istiqamətində danışıqlar nəticə verməyib. 31 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yanvarından "Qarabağ"da idi. O, 104 oyunda 28 qol və 25 məhsuldar ötürmə müəllifi olub.