
“2024/2025 mövsümü başa çatdı. Bir neçə həftə sonra yeni mövsümdə görüşərik”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”dan ayrılan əlcəzairli futbolçu Yassin Benzia “instaqram” hesabında paylaşıb.
O, Ağdam təmsilçisi ilə keçirdiyi oyunlardan ibarət videopaylaşım edərək, yalnız bu cümlələri yazıb. Videoda Benzianın Əlcəzair millisindəki oyunlarının da fraqmentləri var.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinib. Onun başa çatan müqaviləsi danışıqlarda razılığa gəlinmədiyi üçün yenilənməyib.