
Hollandiya milli komandasının baş məşqçisi Qus Hiddink istefaya göndərilib. Sportnet.az-ın məlumatına görə, 2014-ci ildə bu posta gətirilən mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib.
69 yaşlı mütəxəssisin anlaşması AVRO-2016-dan sonra başa çatmalı idi. DÇ-2014-də yarımfinala kimi adlayan Hollandiya millisi hazırda AVRO-2016-nın seçmə mərhələsində 10 xalla A qrupunun 3-cü pilləsindədir. Qrupa 15 xalla İslandiya başçılıq edir.
Qeyd edək ki, Qus Hiddink daha öncə iş yerini dəyişəcəyini açıqlamışdı.