
Paytaxtın "İnter" klubu bu gün Albaniyaya yollanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən xəbər verilib.
"Bankirlər" Avropa Liqasının I təsnifat mərhələsində iyulun 2-də Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Laçi" - "İnter" matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.