
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis komandasını Xorvatiyanın "Hayduk" (Split) kollektivinə qarşı gərgin və maraqlı oyunların gözlədiyini bildirib.
"İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdı. İnşallah inanıram ki, mərhələni keçən tərəf biz olacağıq”, - deyə Sadıqov vurğulayıb.
Qeyd edək ki, "Zirə" "Hayduk"a qarşı ilk matçını iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.