
Florian Virtsin “Liverpul”a keçidi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı alman yarımmüdafiəçisi “Bayer Leverkuzen”dən transfer olunub.
Klubdan bildirilib ki, pleymeyker şəxsi şərtləri razılaşdırdıqdan və tibbi müayinədən uğurla keçdikdən sonra “Liverpul”la uzunmüddətli müqavilə imzalayıb.
Alman yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalandığı vurğulanır.
Məlum olub ki, Virts İngiltərə Premyer Liqa tarixinin ən bahalı transferidir. “Transfermarkt”ın məlumatına görə, gənc futbolçunun “Bayer”dən “Liverpul”a keçidi “mersisaydlılar”a 125 milyon avroya başa gəlib.