
Əlcəzair millisinin futbolçusu Yassin Benzia “Qarabağ”dan ayrıldıqdan sonra Çin klubundan təklif alıb.
Sportnet.az xəbər verir ki, hazırda azad agent olan 31 yaşlı yarımmüdafiəçi çempionatın sonuncu pilləsində qərarlaşan “Çanqçun Yatayi”nin transfer hədəfinə çevrilib.
Çin mediası bildirib ki, klub rəhbərliyi Benzianın keçidini tezliklə reallaşdırmaqda maraqlıdır. Çünki komanda hazırda çempionatda ağır vəziyyətdədir və əlcəzairli futbolçunu yaxşı bir maliyyə təklifi ilə razı salmağa çalışır.
Benzia Çin çempionatına keçsə, bu, onu Əlcəzairr millisində baş məşqçi Vladimir Petkoviç qarşısında çətin duruma sala bilər, çünki Petkoviç daha əvvəl zəif saydıqları Azərbaycan çempionatında oynasa belə, ona etibar etmişdi.
Bu keçid “Qarabağ”da göstərdiyi performans sayəsində yenidən Əlcəzair millisinə qayıdan Benzianın yığma karyerasına da təsir göstərə bilər. Benzia Çin çempionatına transferini rəsmiləşdirsə, isveçrəli baş məşqçi Vladimir Petkoviçi onu milliyə çağırmaq qərarını əsaslandırması daha da çətinləşəcək.
Xatırladaq ki, Yassin Benzianın Birləşmiş Ərəb Əmirliyinin “Əl-Nəsr” klubu ilə keçən qış apardığı danışıqlar uğursuz nəticələnmişdi.
Benzia 2023 - 2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. Ağdam klubu ilə iki dəfə Azərbaycan çempionu, bir dəfə isə kuboku qazanmış futbolçu arasında müqavilə yenilənməyib.