
ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində bu gün III tura start veriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk oyunları B qrupun komandaları arasında keçiriləcək.
Yerli "Sietl Saunders"lə Fransanın PSJ klubu, "Atletiko Madrid"lə (İspaniya) isə Braziliyanın "Botafoqo" komandaları üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, "Bavariya" (Almaniya), "Flamenqo" (Braziliya), "Yuventus" (İtaliya) və "Mançester Siti" (İngiltərə) 1/8 finala vəsiqəni təmin edib.
Dünya çempionatı
Qrup mərhələsi
III tur
23 iyun
A qrupu
05:00 "İnter Mayami" (ABŞ) - "Palmeyras" (Braziliya)
05:00 "Portu" (Portuqaliya) - "Əl-Əhli" (Misir)
Xal durumu: "Palmeyras" - 4, "İnter Mayami" - 4, "Portu" - 1, "Əl-Əhli" - 1.
B qrupu
23:00 "Sietl Saunders" (ABŞ) - PSJ (Fransa)
23:00 "Atletiko Madrid" (İspaniya) - "Botafoqo" (Braziliya)
Xal durumu: "Botafoqo" - 6, PSJ - 3, "Atletiko Madrid" - 3, "Sietl Saunders" - 0.