
“İnter Mayami”nin və Argentina millisinin ulduz hücumçusu Lionel Messi PSJ karyerası barədə danışıb.
Sportnet.az xəbər verir ki, təcrübəli futbolçu Fransa klubunda xoşbəxt olmadığını etiraf edib.
Messi bildirib: " PSJ-də bir gün də xoşbəxt olmadım. Parisdə oynayarkən gündəlik həyatım çox darıxdırıcı idi. Uyğunlaşmaq mənə çox çətin oldu. Əvvəlcə hər şey qaydasındaydı. Sonra insanlar mənə fərqli münasibət göstərməyə başladılar - Paris ictimaiyyətinin bir hissəsi”.
Xatırladaq ki, bu gün klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami” PSJ ilə qarşılaşacaq.