
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü sosial şəbəkə hesabında paylaşım edib.
O, komandada oynamaq imkanı yaratdığı üçün "Radomyak"a təşəkkür edərək, uğurlar arzulayıb.
Xatırladaq ki, Renat Dadaşov "Radomyak"da fevralın 24-də azad agent kimi keçib. O, 12 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.