
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında bu gecə 1/4 final mərhələsinə vəsiqə qazanan daha 2 klubun adına aydınlıq gələcək.
Sportnet.az xəbər verir ki, bu, 1/8 final mərhələsinin növbəti 2 qarşılaşmasından sonra bəlli olacaq.
Əvvəlcə UEFA Çempionlar Liqasının finalçısı "İnter" Braziliya "Fluminense"si ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Gecə saat 05:00-da isə İngiltərənin "Mançester Siti" komandası Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ı sınağa çəkəcək.
Bu oyunların qalibləri 1/4 finalda qarşılaşacaqlar.
Qeyd edək ki, daha əvvəl keçirilmiş 1/8 final oyunlarından sonra növbəti mərhələdə Braziliya "Palmeyras"ının İngiltərənin "Çelsi" komandası ilə, Fransa PSJ-sinin isə Almaniya "Bavariya"sı ilə görüşəcəyi məlum olub.