
Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstan "Aris"i Niderland toplanışında son yoxlama matçını keçirib.
Sportnet.az xəbər verir ki, Niderlandda təşkil olunmuş qarşılaşmada rəqib yerli AZ komandası olub.
"SV Wissel EPE" stadionunda baş tutmuş oyun Alkmaar klubunun qələbəsi ilə yekunlaşıb - 3:2.
Beləliklə, "Araz-Naxçıvan" əvvəlki yoxlama oyunlarında Şotlandiya "Livinqston"una 1:3, Belçika "Anderlext"inə 0:1 hesabı ilə uduzub.