
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Yunanıstandan olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Xristos Vergetisə Andreas Fotopulos və Konstantinos Staykos yan xətt hakimləri, Anastasios Papapetru isə dördüncü hakim qismində yardımçı olacaqlar.
İyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək oyun saat 19:30-da başlanacaq.
Qeyd edək ki, iyulun 31-də Splitdəki "Polyud" stadionunda baş tutacaq cavab görüşünü Luka Payretto, Cüzeppe Perrotti, Xaled Bahri və Paride Tremoladadan ibarət italiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.