
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Bosniya və Herseqovina təmsilçisi “Posuşye” olub.
Posuşye şəhərindəki “Mokri Dolats” stadionunda təşkil olunan görüş "Hayduk"un minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu 14-cü dəqiqədə Marko Livaya vurub.
Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.