
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” Superliqa təmsilçisi “Konyaspor”la yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Ərzurumda "Yüksək İrtifa Təlim-Məşq Mərkəzi"nin meydançasında keçirilmiş qarşılaşma “qırmızı-ağlar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Türkiyə təmsilçisinin heyətində Umut Nayir (dəq. 27) və Daniel Aleksiç (dəq. 50) fərqlənib. Naxçıvan klubunun yeganə qolunu isə Roman Maçado(dəq. 63) vurub.
Qeyd edək ki, Elmar Baxşıyevin kollektivi buna qədər “Bayburtspor” (14:0) və “Alanyaspor” (0:0) komandaları ilə yoxlama görüşləri keçirib. “Qırmızı-ağlar” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi matçla yekunlaşdıracaq.