
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə üz-üzə gələcək Xorvatiyanın "Hayduk" komandası futbolçu itkisi ilə üzləşib.
Sportnet.az xəbər verir ki, sağ cinah yarımmüdafiəçisi "Bamba" ləqəbli Abduli Sanyanq 2-ci liqada çıxış edən "Xorvatiya Zmiyavtsı" kollektivi ilə yoxlama matçının 28-ci dəqiqədə rəqib oyunçunun müdaxiləsindən sonra zədələnib.
Oyuna davam edə bilməyən Bamba Mişel Şeqo ilə əvəzlənib.
Qarşılaşma "Hayduk"un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan qolları Entoni Kalik 27-ci, Noa Skoko 67-ci, Marko Livaya 68-ci və Zvonimir Şarliya 74-cü dəqiqədə vurub.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk matçını iyulun 23-də Bakıda, cavab görüşünü iyulun 31-də Splitdə keçirəcək.