
"Sabah" komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Moldova təmsilçisi "Petrokub"dur.
"Petrokub" Konfrans Liqasının I təsnifat mərhələsində Malta "Birkirkara"sını üstələyib. Səfərdə 0:1 hesabı ilə uduzmuş Moldova komandası cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Qolları Mihay Lupan 39-cu və 55-ci, Nikolae Rotaru isə 76-cı dəqiqədə vurub.
"Petrokub" və "Sabah" arasındakı ilk oyun 23-24 iyulda Kişinyovda, cavab görüşü 31 iyulda olacaq.