
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" komandası yeni transferini açıqlayıb.
Sportnet.az xəbər verir ki, Saloniki təmsilçisi Türkiyənin “Ankaragücü” klubundan Olimpiu Morutsanı heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Olimpiu Morutsan ötən mövsümü icarə əsasında İtaliyanın “Pitsa” klubunda keçirib. O, 2021-2023-cü illərdə “Qalatasaray”ın şərəfini qoruyub.