
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, "Sabah" Moldova "Petrokub"unu, "Zirə" Xorvatiya "Hayduk"unu üstələsə, səpələnmişlər, "Araz-Naxçıvan" Yunanıstan "Aris"ini keçəcəyi təqdirdə isə səpələnməmişlər səbətinə düşəcək.
Potensial rəqibləri isə bunlardır:
"Sabah", "Zirə"
"Rakuv" (Polşa) - "Jilina" (Slovakiya)
"Tselye" (Sloveniya) - AEK (Kipr)
"Aris Limassol" (Kipr) - "Puşkaş Akademiya" (Macarıstan)
"Levski Sofiya" (Bolqarıstan) - "Braqa" (Portuqaliya)
"Atletik Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya)
"Araz-Naxçıvan"
"Aktobe" (Qazaxıstan) - "Sparta" (Çexiya)
"Omoniya" (Kipr) "Torpedo Kutaisi" (Gürcüstan)
"Zimbru" (Moldova) - "Astana" (Qazaxıstan)
"Riqa" (Latviya) - "Dila" (Gürcüstan)
"Hibernians" (Malta) - "Spartak Trnava" (Slovakiya)
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.