
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u daha bir futbolçusu ilə vidalaşmağa yaxındır.
Sportnet.az "Index" nəşrinə istinadən xəbər verir ki, Split təmsilçisinin müdafiəçisi Filip Uremoviç komandanı tərk edəcək.
28 yaşlı hücumçunun Yaponiya klublarından birinə keçəcəyi gözlənilir. "Hayduk" bu transferdən 1,5 milyon avro gəlir əldə edəcək.
Uremoviç ötən mövsüm "Hayduk"un son avrokubok oyununda qırmızı vərəqə aldığı üçün "Zirə" ilə ilk oyunu buraxacaq. O, Konfrans Liqasının III təsnifat mərhələsində Slovakiyanın "Rujomberok" klubuna 0:1 hesabı ilə məğlub olduqları görüşün 90+9-cu dəqiqəsində meydandan qovulub.
Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.