
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxşıvan”la qarşılaşacaq Yunanıstanın “Aris”klubu 20 yaşlı qapıçı transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub U-19 komandasında çıxış edən Emiliano Karai ilə peşəkar müqavilə bağlayıb.
“Komanda ilə peşəkar müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Bu, bir arzu idi və reallaşdı. Karyeramda böyük bir addımdır və söz verirəm ki, bundan sonra da əzmlə çalışmağa davam edəcəyəm və mənə inananların etimadını doğrultmaq üçün hər gün əlimdən gələni əsirgəməyəcəyəm” - deyə, gənc qolkiper açıqlamasında bildirib.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.