
“Xoş qarşılanma üçün təşəkkür edirəm. Matça hazırıq və uğurlu nəticə əldə etməyi düşünürük".
Sportnet.az xəbər verir ki, bunu Xorvatiya "Hayduk"unun baş məşqçisi Filip Krovinoviç Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, məqsəd növbəti mərhələyə vəsiqə qazanmaqdır: "Görüşə yaxşı hazırlaşmışıq. Öz oyunumuza köklənmişik".
Qeyd edək ki, iyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək "Zirə" - "Hayduk" oyunu saat 19:30-da başlanacaq.