
Bu gün "Zirə" komandası UEFA Konfrans Liqasında ilk matçını keçirəcək.
Sportnet.az xəbər verir ki, rəqib Xorvatiya "Hayduk"u olacaq.
8-ci km stadionunda ("Neftçi Arena") oynanılacaq qarşılaşma saat 19:30-da başlanacaq.
Görüşü Xristos Vergetisin rəhbərliyi altında yunanıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Xristos Vergetisə Andreas Fotopulos və Konstantinos Staykos yan xətt hakimləri, Anastasios Papapetru dördüncü hakim qismində yardımçı olacaq.
"Hayduk" yay hazırlıq dövründə 5 görüşünün 4-dən qələbə, 1-dən məğlubiyyətlə ayrılıb. "Zirə" isə Bakıda "Qarabağ"a 0:4 hesabı ilə uduzsa da, Türkiyə toplanışındakı oyunlarının hamısını qalibiyyətlə başa vurub.
Qeyd edək ki, cavab oyunu iyulun 31-də baş tutacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. “Zirə” (Azərbaycan) – “Hayduk” (Split, Xorvatiya) - 1:1 (İKİNCİ-HİSSƏ)
Qol: Brahim Konate, 31-Antoni Kalik,68
Baş hakim: Xristos Vergetis
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staikos
Dördüncü hakim: Anastasios Papapetru
(Hakimlər briqadası Yunanıstandandır)
8-ci km stadionu.