
Moldovada "Petrokub" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 82-ci dəqiqədə kapitan Pavol Şafranko açıb. 90+1-ci dəqiqədə isə Kahim Parris yekun nəticəni müəyyənləşdirib.
Cavab görüşü iyulun 31-də Əlincə stadionunda ("Bank Respublika Arena") keçiriləcək. Matç saat 20:00-da başlanacaq.
--------------------------------------
“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan “Aris”i ilə ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “Dalğa Arena”da təşkil olunan görüşdə Muxtar Respublika təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Rumıniyalı baş hakim Andrey Kivuletenin idarə etdiyi oyunda hesabı 66-cı dəqiqədə qonaqların oyunçusu Loren Moron açıb.
75-ci dəqiqədə "Araz-Naxçıvan"ın üzvü Felipe Santos hesabı bərabərləşdirib.
Cəmi 2 dəqiqə sonra isə Patrik Andrade komandasının qalibiyyət qolunun müəllifi olub.
Beləliklə, "Araz-Naxçıvan" avrokuboklarda keçirdiyi debüt matçında qələbəyə sevinib.
Cavab görüşü iyulun 31-də Saloniki şəhərində olacaq.
--------------------------
Bu gün "Araz-Naxçıvan" və "Sabah" komandaları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxacaqlar.
Sportnet.az xəbər verir ki, "Araz-Naxçıvan" "Dalğa Arena"da Yunanıstan "Aris"ini sınağa çəkəcək.
"Sabah" isə Moldovada "Petrokub"un qonağı olacaq.
Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub. "Aris" isə 4-cü yeri tutub.
Azərbaycan Kubokunu qazanmış "Sabah" qitəmiqyaslı turnirdə mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsindən başlayıb. Sloveniya "Tsele"sinə əlavə vaxtda uduzan (2:3, 3:2) Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv bu dəfə Moldova çempionatını 4-cü pillədə başa vurmuş "Petrokub"la qarşılaşacaq. Rəqib komanda Konfrans Liqasının I təsnifat mərhələsində Maltanın "Birkirkara" klubunu üstələyib - 0:1, 3:0.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 2:1
Qollar: Felipe Santos, 75. Patrik Andrade, 78 - Loren Moron,66
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya)
Bakı, "Dalğa Arena"
21:00. "Petrokub" (Rumıniya) - "Sabah" (Azərbaycan) - 0:2
Qollar: Pavol Şafranko, 82. Kahim Parris, 90+1
Hakimlər: Qal Leyboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)
Kişineu, "Zimbru" stadionu
Qeyd edək ki, cavab görüşləri iyulun 31-də keçiriləcək.