
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşündə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzan "Aris" klubu Yunanıstana çatar-çatmaz 14-cü yay transferini həyata keçirib.
Sportnet.az xəbər verir ki, Saloniki təmsilçisi Noa Sonko Sundberqlə anlaşıb.
29 yaşlı mərkəz müdafiəçi ilə 2 illik rəsmi müqabilə imzalanacaq.
Qambiya millisinin üzvünün transferindən ötrü Bolqarıstan "Ludoqorets"inə 800 min avro ödəniləcək.
Klubun sol cinah vingeri və dağıdıcı yarımmüdafiəçi mövqelərinə də oyunçu transfer edəcəyi gözlənilir.
Qeyd edək ki, "Aris"in çoxsaylı transferləri fonunda "Araz-Naxçıvan"la matçda sərgilədiyi oyun və uduzması Yunanıstanda kəskin tənqidlərlə qarşılanıb.