
Almaniyanın "Bavariya" klubu futbolçusu Sven Ulrayxla müqaviləni yeniləyib.
Sportnet.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Qırmızılar" 37 yaşlı qapıçı ilə 1 illik sözləşmə bağlayıb.
Qeyd edək ki, Sven Ulrayx 2015-ci ildən "Bavariya"da çıxış edir. O, ötən mövsüm ərzində 2 oyunda iştirak edib.