
“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Moldova “Petrokub”unu 4:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra maraqlı hadisə ilə üzləşib.
Sportnet.az xəbər verir ki, “bayquşlar”ın avtobusu görüşdə het-trikə imza atan almaniyalı hücumçunu oyunun təşkil olunduğu Əlincə stadionunda unudub.
Mikels dərhal avtobusun arxasıyca qısa məsafə qət edərək onun dayandırılmasına müvəffəq olub.
Teleqraf həmin video-görüntünü təqdim edir: