
"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Levski"yə qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "bayquşlar"ın avqustun 7-də səfərdə keçiriləcəyi ilk matç Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Oyun Georgi Asparuhov adına Sofiya şəhər stadionunda təşkil olunacaq.Bakıdakı "Dalğa Arena"da baş tutacaq.
Bu komandaların bir həftə sonra – avqustun 14-də Bakıdakı Əlincə stadionunda keçiriləcək qarşılaşması isə 20:00-da başlayacaq.