
Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kipr təmsilçisi "Omoniya"ya qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, avqustun 7-də keçiriləcək ilk matç saat 20:00-da start götürəcək.
Oyun Bakıdakı "Dalğa Arena"da baş tutacaq.
Bu komandaların bir həftə sonra – avqustun 14-də Nikosiya şəhərində keçiriləcək qarşılaşması isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.