
"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki cavab oyunlarının hakimləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Sabah"ın Bolqarıstanın "Levski" klubu ilə Bakıda keçirəcəyi cavab matçı ukraynalı hakimlər briqadasına həvalə olunub.
Əlincə stadionunda təşkil olunacaq görüşün baş hakimi Mikola Balakin olacaq.
"Araz-Naxçıvan"ın isə Kiprdə "Omoniya" ilə oynayacağı qarşılaşmanı danimarkalı hakimlər idarə edəcək.
Nikosiyadakı GSP stadionunda baş tutacaq oyunda ədaləti Yakob Kehlet qoruyacaq.
Qeyd edək ki, hər iki qarşılaşma avqustun 14-də keçiriləcək. Cütlərin ilk oyunları isə avqustun 7-də təşkil olunacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
14 avqust
20:00 "Sabah" - "Levski"
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Oleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov
VAR: Oleksey Derevinski
AVAR: Klim Zabroda
(Hakimlər briqadası Ukraynadandır)
21:00 "Omoniya" - "Araz-Naxçıvan"
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelgaard, Martin Markus
Dördüncü hakim: Mikkel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq
(Hakimlər briqadası Danimarkadandır)