
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Kiprin "Omoniya" komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az-ın məlumatına görə, sol cinah yarımmüdafiəçisi Tasos Haciyovannis Nikosiya təmsilçisinin sifariş ərizəsinə qaytarılıb.
Əvəzində 18 yaşlı Körtis Junior Makosso siyahıdan çıxarılıb.
Haciyovannis Konfrans Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" komandasına qarşı oyunların (1:0, 4:0) iştirak ərizəsindən zədəsi ilə əlaqədar kənarlaşdırılmış, onun yerinə Mikael İnqrebriksen siyahıya daxil edilmişdi.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Omoniya" ilə ilk matçını avqustun 7-də evdə, cavab görüşünü avqustun 14-də səfərdə keçirəcək.