
Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində "Levski"ni (Bolqarıstan) keçəcəyi təqdirdə səpələnməmişlər, Muxtar Respublika klubu isə "Omoniya"nı üstələyərsə, səpələnmişlər səbətində yer alacaq.
Potensial rəqiblər isə bunlardır:
"Araz-Naxçıvan":
"Riqa" (Latviya) - "Beytar" (İsrail) cütünün qalibi ilə;
PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün qalibi ilə;
"Rusenborq" (Norveç) - "Hammarbyu" (İsveç) cütünün qalibi ilə;
"Hakken" (İsveç) - "Brann" (Norveç) cütünün qalibi ilə;
"Sabah"
"AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə;
"Anderlext" (Belçika) - "Şeriff" (Moldova) cütünün qalibi ilə;
"Luqano" (İsveçrə) - "Tsele" (Sloveniya) cütünün qalibi ilə;
"Rayo Valyekano" (İspaniya)
"Strasburq" (Fransa)
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.