
“Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Şarl Boli Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi sabahkı oyunda daha yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib: "Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.
Qeyd edək ki, avqustun 14-də GSP stadionunda keçiriləcək "Omoniya" - "Araz-Naxçıvan" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matçda rəqib komanda qələbə qazanıb - 4:0.