
"Mərhələni keçdiyimiz üçün şadam".
Sportnet.az xəbər verir ki, bunu Bolqarıstanın "Levski" komandasının futbolçusu Radoslav Kirilov Masazırda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
33 yaşlı cinah yarımmüdafiəçisi həm bu oyunda, həm də 1:0 hesablı qələbə qazandıqları ilk qarşılaşmada Azərbaycan təmsilçisindən daha üstün çıxış etdiklərini bildirib: "Bu gün biz müstəsna bir oyun keçirdik.
Düzgün istiqamətdə gedirik, amma dayanmaq olmaz. Axı, bu komandanın yenə də böyümək imkanı var. İnkişaf üçün əsas məqamlardan biri isə incikliyin olmaması və tam fədakarlıqdır".
Qeyd edək ki, Radoslav Kirilov avqustun 14-də keçirilmiş qarşılaşmanın 40-cı dəqiqəsində fərqlənib.